İlin sonuna qədər koronavirusdan qurtula bilərik – Azərbaycanlı həkim AÇIQLADIbackend

İlin sonuna qədər koronavirusdan qurtula bilərik – Azərbaycanlı həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dəqiqə qapanma və məhdudiyyət üçün ciddi bir səbəb yoxdur”.

Bunu Milli.Az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

O bildirib ki, bizi Gürcüstanın, İranın, Rusiyanın taleyi gözləmir:

“Azərbaycan üçün 4-cü dalğa başlayıb. “Delta” ştammı sürətli yoluxuculuq gücünə malikdir. Düzü, bunun üçün də əhali dünənki brifinqdən məhdudiyyətlər gözləyirdi, mənim özüm də həmçinin. Amma gördük ki, hökümət bu problemi birdəfəlik həll etmək istəyir. Nə mənada?! – Operativ Qərargahın tərkibində fəaliyyət göstərən mütəxəssislər də görürlər ki, əhalinin peyvəndlənmə səviyyəsi yaxşı olan ölkələrdə 4-cü dalğa başlaya bilmir, yaxud çox yavaş başlayır və ölkə üçün çox ciddi yük gətirmir. O zaman deməli ağıllı ölkələrin yolu ilə getmək lazımdır. Britaniyanın, Amerikanın, İsrailin və bəzi ölkələrin əhalisinin böyük hissəsi artıq peyvəndlənib və yeni dalğaya daha yaxşı hazırlaşıblar. Dünən gördük ki, bizdə də dövlət bu yolu seçdi.

Azərbaycanda 6 milyon insanın peyvəndlənməsi şərtdir. Yəni, bu hədəfə çatmasaq, bizim bu bəladan yaxa qurtarmağımız mümkün deyil. Peyvəndlənmə nisbəti aşağı olan ölkələrdə bu dəqiqə vəziyyət çox pisdir, bizim bundan heç xəbərimiz də yoxdur. İranda, Gürcüstanda vəziyyət ağırdır, Rusiyada gündəlik ölümlər minə çatıb artıq. Çünkü peyvəndlənmə nisbəti aşağıdır. Biz hər iki peyvənd olunmuş və hətta 3-cü doza peyvənd olunmuş insan sayını 6 milyona çatdırmağa məcburuq. Bunu ilin axırına qədər əldə edə bilsək, o zaman praktiki olaraq normal həyatımıza dönə biləcəyik.

Hazırkı rəqəmlərə baxsaq, görərik ki, Azərbaycanda peyvənd olunan insan sayı kifayət qədərdir. Bizdə xəstələnmiş və sağalmış insan sayı da kifayət qədərdir. Məncə bizi Gürcüstanın, İranın, Rusiyanın taleyi gözləmir.

Peyvənd olunanlarda ciddi ağırlaşmalar müşahidə olunmur. Ona görə də insanlar peyvənd olunmaqdan qorxmasınlar. Ola bilsin qarşıda bəzi kiçik məhdudlaşdırıcı tədbirlər tətbiq etsinlər. Amma Azərbaycanda 4-cü dalğanın 3-cü dalğadan çox da ciddi fərqlənməyəcəyini düşünürəm“.

Loading...