İlin sonuna qədər Rusiya və İran strateji tərəfdaşlıq müqaviləsini imzalayacaqlar – Kazım Cəlalibackend

İlin sonuna qədər Rusiya və İran strateji tərəfdaşlıq müqaviləsini imzalayacaqlar – Kazım Cəlali

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran ilin sonuna qədər yenilənmiş hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar.

Editor.az bildirir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib. “Bir neçə gün əvvəl Tehranda danışıqlar olub.

Bu ay isə danışıqlar Moskvada davam etdiriləcək. Ümid edirik ki, bu danışıqlar sonuncu olacaq və sənəd imzalanmaq üçün göndəriləcək və proses yekunlaşacaq. Amma siz bilirsiniz ki, İki ölkənin parlamentləri də müqaviləni ratifikasiya etməlidir”, – Kazım Cəlali bildirib.

Diplomat əlavə edib ki, sənədin hökumət səviyyəsində imzalanması daha əvvəl də baş tuta bilər, lakin onun parlamentlər tərəfindən ratifikasiyası daha sonra olacaq.

//Samir Qurbanov, Editor.az