İl sonuna qədər sülh sazişinin imzalanması gözlənilir?-AÇIQLAMAbackend

İl sonuna qədər sülh sazişinin imzalanması gözlənilir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər hansı sənədin imzalanması bir o qədər də vaxt aparmır. Sülh müqaviləsinin bu günə qədər imzalanmaması 30 il müddətində Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın sülh danışıqlarına qeyri-adekvat cavablar verməsi sülh sazişinin imzalanması üçün münbit şəraitin olmamasından xəbər verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi  Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Zəfərimizin ikinci ildönümündə Prezident İlham Əliyev Şuşadakı çıxışında qeyd etdi ki, Ermənistan sülh sazişinin imzalanmasına müsbət yanaşarsa, bu proses reallaşacaq:

“Bu fikirləri səsləndirməklə Azərbaycan Prezidenti bir daha dünya ictimaiyyətinə çatdırdı ki, biz bu prosesdə bütün mümkün imkanları ortaya qoymuşuq. Amma Ermənistanın  qeyri-səmimi yanaşması nəticəsində sülh sazişinin imzalanması məsələsini uzadır. İlin sonuna qədər sülh sazişinin imzalanması gözlənilmir. Amma istənilən an vəziyyət dəyişə bilər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində bir sıra görüşlər təşkil olunub. Bunlara Soçi, Brüssel, Praqa görüşlərini misal göstərə bilərik. 31 avqustda Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bəyanat verdi ki, növbəti görüş noyabr ayına planlaşdırılır. Buna qədər 1 ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidir. Oktyabrın 2-də Cenevrədə xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Görüşdə sülh sazişinin mətninin müzakirə edilməsinə şərait olmadı. Çünki Ermənistan bu prosesi pozmağa çalışdı. Noyabr ayında keçirilməsi planlaşdırılan görüş Ermənistanın təxribatları nəticəsində baş tutmadı. Bu gün qalib tərəf Azərbaycandır. Kapitulyasiyaya uğramış tərəfin görüşlərlə bağlı şərtlər qoyması tarixdə görünməmiş hadisədir. Ermənistanın qeyri-səmimi mövqeyi dəyişməlidir ki, sülh sazişi tezliklə imzalansın”.

//Safura Bənnayeva, Editor.az