İlin sonunda İran özünü nüvə dövləti elan edə bilərbackend

İlin sonunda İran özünü nüvə dövləti elan edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ilin sonuna qədər özünü nüvə dövləti elan edə bilər.

Editor.az bildirir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri, respublikaçı Mayk Törner CBS News telekanalında bildirib.

Onun sözlərinə görə, İran deyə bilər ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının apardığı siyasətə görə belə bir addımı atır və bu, ABŞ-ın bir çoxları üçün qaçmağa çalışdığı ciddi eskalasiyaya səbəb ola bilər. “Bizim bu administrasiyada gördüyümüz odur ki, İran ilin sonuna qədər özünü nüvə dövləti elan edə bilər, çünki bunun mümkün olduğuna dair xəbərlər var”, – Turner deyib.

Eyni zamanda o qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından bu posta namizəd Donald Tramp həm iqtisadi, həm də hərbi baxımdan İrana maksimum təzyiq kampaniyası aparan “anti-İran” siyasətçidir. Buna baxmayaraq, Turner deyib ki, İran özünü nüvə dövləti elan etməkdə tərəddüd edəcək, çünki “Bayden administrasiyası zamanı malik olduğu çeviklik və azadlıq” ona nüvə silahnıı inkişaf etdirməyə imkan verib.

//Samir Qurbanov, Editor.az