İlkin Süleymanov növbəti dəfə ifadə verdi- “Rəis və Şahlar Cəfərov mənə işgəncə verdi”backend

İlkin Süleymanov növbəti dəfə ifadə verdi- Rəis və Şahlar Cəfərov mənə işgəncə verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə,İlkin Süleymanov ifadə verib. O,ifadəsində ibtidai istintaq zamanı üzləşdiyi işgəncələrdən danışıb. İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovun ona işgəncə verdiyi bildirib.Qeyd edib ki, həbs olunduqdan sonra Şirzad Əsgərov və Şahlar Cəfərovun ona təzyiq edərək cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib:

“Həm rəis, həm rəis müavini mənə-hədə qorxu gəlirdi. Şahlar Cəfərov deyirdi ki, boynuna alsan da, almasan da səni tutduracağıq. Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər. Sonda işgəncəyə tab gətirə bilməyib etmədiyim cinayəti boynuma aldım”- deyə İ.Süleymanov vurğulayıb.

Növbəti məhkəmə prosesu mayın 18-də davam etdiriləcək. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

//İlham, Editor.az