İllik gəliri 3 milyard avroya bərabər olan pirat televeziya bağlandıbackend

İllik gəliri 3 milyard avroya bərabər olan pirat televeziya bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hakimiyyəti İtaliya və digər Avropa ölkələrində 22 milyon abunəçisi olan pirat televiziya şəbəkəsini ləğv edib.

Şəbəkə Netflix, Amazon Prime, Paramount, Sky, Disney+ kimi televiziya kanallarından və axın xidmətlərindən məzmunu qeyri-qanuni olaraq təkrar yayımlayır.

İtaliya polisi təxminən iki il ərzində Europol və Eurojust (Cinayət Ədliyyəsində Əməkdaşlıq üzrə Avropa Agentliyi) ilə birlikdə araşdırma aparıb. Bu həftə 270 polis məmuru İtaliyada 89 ünvana reyd keçirib, onların beynəlxalq həmkarları isə Böyük Britaniya, Hollandiya, İsveç, İsveçrə, Rumıniya, Xorvatiya və Çində 14 mülkdə axtarış aparıblar. Ondan çox şübhəlinin saxlanıldığı, server və digər avadanlıqların, həmçinin 1,65 milyon avro ekvivalentində kriptovalyutanın müsadirə edildiyi bildirilir.

Eurojust-a görə, şəbəkə dünyanın ən böyük qanunsuz axın xidmətlərindən biri idi. Onun illik gəliri 3 milyard avroya çatmışdı. TV –də sosial şəbəkə və Telegram kimi ani messencerlərdə filmlər, seriallar, idman verilişləri və digər məzmunlardan ibarət abunəlik ayda cəmi 10 avroya başa gəlir. İstintaqı aparan İtaliya prokuroru Francesco Curzio qeyd etdiyi kimi, “bu qeyri-qanuni fəaliyyətin gəlirliliyi kokain ticarəti ilə müqayisə edilə bilər – yalnız daha az risklə.”

//Samir Qurbanov, Editor.az