İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenə səs verməyəcəkbackend

İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenə səs verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı prezidenti, Demokratlar Partiyasının nümayəndəsi Co Baydenə səs vermək niyyətində olmadığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə iş adamı Amerikanın “The New York Times” (NYT) qəzetinin təşkil etdiyi tədbirdə deyib. “Mən Baydenə səs verəcəyimi düşünmürəm. Trampa səs verib-verməyəcəyimi isə hələ bilmirəm və deyə bilmərəm.

Bu, həqiqətən çətin seçim olacaq”, – Mask deyib. O xatırladıb ki, 2020-ci il seçkilərində o, Co Baydenə səs verib (o vaxt o, cənab Trampla prezidentlik uğrunda mübarizə aparırdı), lakin indi onun qərarı “tamamilə fərqli” olacaq. The New York Times/Siena Kollecinin sorğusuna əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda altı əsas ştatdan beşində 4% ilə 11% arasında fərqlə Co Baydendən əhəmiyyətli dərəcədə üstündür. Seçicilərin böyük əksəriyyəti həyat keyfiyyətinin pisləşdiyini, 60%-i isə bütövlükdə ölkənin yanlış istiqamətdə getdiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az