İlon Mask ABŞ-da karantinin qaldırılmasına çağırıbbackend

İlon Mask ABŞ-da karantinin qaldırılmasına çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikal milyarder İlon Mask ABŞ-da koronavirusla əlaqəli məhdudiyyət tədbirlərin qaldırılmasına çağırıb.

Editor.az Trend-ə istinadən bildirir ki, İlon Mask bununla Texas ştatında səlahiyyətlilərin mayın 1-dən kafe və restoranların işinə icazə verə biləcəklərinə aid qərara münasibətini bildirib.

“Bravo, Texas!” – İ.Mask Twitter səhifəsində yazıb.

“Wall Street Journal”ında dərc edilən “Karantin insanların həyatını xilas edirmi?” məqaləsinə cavab olaraq iş adamı ABŞ hakimiyyət orqanlarını “insanlara azadlıqlarını qaytarmağa” çağırıb.

Xatırladaq ki, ABŞ-da tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Təxminən 22 milyon insan iş yerini itirib, ÜDM 4.8 faiz azalıb.