İlon Mask Bakı konqresində çıxış edəcəkbackend

İlon Mask Bakı konqresində çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Astronavtika Konqresi çərçivəsində “SpaceX” şirkətinin rəhbəri İlon Maskın çıxışı nəzərdə tutulub. Tanınmış amerikalı sahibkar konqres iştirakçıları ilə onlayn əlaqə saxlayacaq.

Editor.az bildirir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Canlı yayımı beynəlxalq konqresin rəsmi internet səhifəsindən izləmək mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi hər il keçirilir və kosmik tədqiqatlar sahəsində alim və mütəxəssisləri bir araya gətirir. Azərbaycan paytaxtının bu tədbirə ev sahibliyi etməsi ilk dəfə deyil. İlk konqres 1973-cü ildə Bakıda keçirilmişdir.

//Samir Qurbanov, Editor.az