İlon Mask bu gün İsrailə gedibbackend

İlon Mask bu gün İsrailə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı iş adamı İlon Mask bu gün, noyabrın 27-də şəxsi təyyarəsi ilə Təl-Əvivə uçub.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib Mask baş nazir Benyamin Netanyahu, həmçinin İsrail prezidenti İsaak Hersoq və Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantzla görüşəcək.

O, artıq noyabrın 7-də HƏMAS-ın hücumuna məruz qalan Kibbutz Kfar Azaya baş çəkib. İsrail hakimiyyəti ona fələstinli yaraqlıların hücumunun nəticələrini göstərib.

Prezident Aparatının məlumatına görə, səfər çərçivəsində Qəzza zolağında saxlanılan girovların ailələrinin nümayəndələri ilə “onlayn antisemitizmin qarşısının alınmasının zəruriliyi” ilə bağlı “qapalı müzakirə” aparılacaq. Agentlik aydınlaşdırır ki, İsrail hökuməti Maskla “Starlink” peyk rabitə şəbəkəsinin ordu tərəfindən istifadəsi ilə bağlı danışıqlar aparır. Oktyabr ayında iş adamı Qəzza zolağındakı yardım təşkilatlarını peyklərlə təmin edə biləcəyini söyləyib və bu, İsrail rəsmilərinin tənqidinə səbəb olmuşdu.

//Samir Qurbanov, Editor.az