X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask bildirib ki, şirkətin qazancının bir hissəsi İsraildəki xəstəxanalara və Qəzza zolağındakı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına bağışlanacaq.
Editor.az bildirir ki, o, bu barədə X-də yazıb. “X Corporation” Qəzza Müharibəsi ilə bağlı bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və Qəzzada Qızıl Xaç/Qırmızı Aypara Cəmiyyətinə bağışlayacaq”, – Mask yazıb. “Biz vəsaitlərin necə xərcləndiyini izləyəcəyik və onları Qırmızı Xaç/Aypara vasitəsilə köçürəcəyik. İrqindən, məzhəbindən, dinindən və ya başqa bir şeydən asılı olmayaraq günahsızların qayğısına qalmalıyıq”, – milyarder əlavə edib.
//Samir Qurbanov, Editor.az

