İlon Mask İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.
Editor.az bu barədə “New York Times” qəzetinə istinadla xəbər verir. Bildirilir ki, görüş zamanı iki tərəf İran və ABŞ arasında gərginliyin azaldılması üsullarını müzakirə ediblər.
Görüşün gizli bir yerdə baş tutduğu və bir saatdan çox davam etdiyi bildirilir. Qəzetin mənbələri görüşün nəticəsini müsbət qiymətləndirib. Mənbələr qeyd ediblər ki, Maskla görüş Tehrana ABŞ rəsmiləri ilə birbaşa danışıqlardan qaçmaq üçün “çarəni” təklif edib. Həmçinin bildirilib ki, İrəvani görüş zamanı Maska ABŞ Maliyyə Nazirliyindən icazə alaraq biznesinin bir hissəsini Tehrana köçürməyi təklif edib.
//Gülnarə Abasova, Editor.az