İlon Mask hamıdan öndədirbackend

İlon Mask hamıdan öndədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Sahibkar İlon Maskın sərvətini 187,1 milyard dollar dəyərində qiymətləndirilib.

Bunun da sayəsində “Tesla” və “SpaceX”in rəhbəri agentliyin tərtib etdiyi planetin ən varlı adamları reytinqində yenidən birinci yeri tutub. O, “Louis Vuitton Moet Hennessy” qrupunun prezidenti Bernard Arnaultu (185,3 milyard dollar dəyərində) qabaqlayıb.

Editor.az bununla bağlı “Bloomberg”ə istinadən məlumat verir. Agentlik bunu “Tesla” səhmlərinin dəyərinin təxminən 70% artması ilə əlaqələndirir. Şirkət həmçinin ucuz qiymətlər fonunda elektrikli avtomobillərin satışını da xeyli yaxşılaşdırıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında “Forbes” İlon Maskın sərvətini 176,8 milyard dollar, Arno və ailəsinin sərvətini isə 188,6 milyard dollar qiymətləndirmişdi. 2023-cü ilin yanvarında İlon Mask tarixdə ən böyük sərvət itkisinə görə rekord vuraraq “Ginnes. Dünya rekordları” siyahısına daxil olub.

  //Samir Qurbanov, Editor.az