Elon Maska ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə gəldikdən sonra, Ağ Evin ərazisində yerləşən Eisenhower İcra Ofisi Binasında ofis verilib.
İş adamına yaxın iki mənbə “People”a bildirib ki, işin həcminə görə 53 yaşlı Mask ofisdə yatmağa başlayıb, “divanda, bəzən də yerdə yatır”.
Mask bildirib ki, qarşıdakı dörd ay ərzində DOGE-nin rəhbəri kimi o, hökumət büdcəsini 2 trilyon dollar azaltmaq niyyətindədir və onun fikrincə, bu, inflyasiyanın 2%-ə qədər azalmasına gətirib çıxarmalıdır. Mask deyir ki, o qədər işləyir ki, Ağ Evin ərazisindəki ofisində yatır.
Başqa bir mənbə “People”a bildirib ki, Maskın müğənni Qrayms ilə birgə valideynlik etdiyi 4 yaşlı oğlu ilə də kifayət qədər vaxt keçirir”, lakin oğlanın Ağ Evdəki ofisində yatıb-yatmadığı bəlli deyil.
//Samir Qurbanov, Editor.az

