İlon Mask prezidentlik kampaniyası üçün Donald Trampın donoru olacaq?backend

İlon Mask prezidentlik kampaniyası üçün Donald Trampın donoru olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp martın 3-də Floridada sahibkar İlon Maskla onun prezidentlik kampaniyası üçün böyük maliyyə axtarışı çərçivəsində görüşüb.

Editor.az NYT-ə istinadən məlumat verir ki, görüşdə üç GOP donoru da iştirak edib. Donald Tramp görüş zamanı İlon Maskı “tərifləyib” və tezliklə onunla təkbətək söhbət etməyi planlaşdırdığını deyib.

NYT qeyd edir ki, sahibkarın Trump-ın kampaniyasına sərmayə yatırıb-yatırmayacağı hələ məlum deyil. Forbes-in məlumatına görə, İlon Maskın sərvəti 200 milyard dollar qiymətləndirilir. O, 2020-ci il ABŞ prezident seçkilərində Donald Trampa yox, Co Baydenə səs verdiyini deyib. 2024-cü ilin yanvarında o, bu dəfə Baydenə səs verməyəcəyini söyləyib. Eyni zamanda milyarder qeyd edib ki, o, Trampa səs verib-verməyəcəyini bilmir.

//Samir Qurbanov, Editor.az