ABŞ milyarderi İlon Mask son 3 ayda Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki kampaniyasına dəstək üçün təxminən 75 milyon dollar ianə edib.
Editor.az açıqlanan federal məlumatlara istinadla xəbər verir ki, America PAC iyul-sentyabr ayları arasında respublikaçıların aparıcı donoruna çevrilmiş Muskdan aldığı ianələrin 72 milyon dollarını xərcləyib. Sentyabrın sonuna olan məlumata görə, PAC-ın kassasında təxminən 4 milyon dollar qalıb. Eyni dövrdə Tramp tərəfdarı olan başqa bir qrup Preserve America PAC milyarder Miriam Adelsondan 95 milyon dollar ianə alıb.
Mask əvvəlki seçkilərdə demokrat namizədlərə səs verdiyini bildirsə də, 2024-cü il seçkilərində sağa keçərək Trampı dəstəkləməyə başlayıb. İyul ayında Trampı dəstəklədiyini açıq elan edən Mask bu ayın əvvəlində Pensilvaniyada keçirilən mitinqdə Trampla birlikdə səhnəyə çıxıb. Maskın Amerika PAC-a verdiyi böyük ianə onu Respublikaçı donorlar arasında aparıcı fiqurlardan birinə çevirib.
//Gülnarə Abasova, Editor.az