İlon Mask “Twitter”i almaq istəyirbackend

İlon Mask “Twitter”i almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən zəngin insanlarından biri kimi tanınan “SpaceX”ın təsisçisi və Teslanın baş direktoru İlon Mask “Twitter” sosial şəbəkəsinin bütün səhmlərini almaq niyyətindədir.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ümumi səhmləri 36,7 milyard dollar olan “Twitter”ə Mask 41 milyard dollar təklif edib. İlon Mask bu istəyini bildirəndən sonra sosial şəbəkə səhmlərinin qiyməti 12 faiz artıb. “Twitter”in İdarə Heyətinin sədri Bret Taylora məktub yazan Musk artıq “Twitter”in inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. İlon Mask onu da qeyd edib ki, təklifi rədd edilərsə, “Twitter”dəki səhmdar kimi fəaliyyətinə yenidən baxacaq.

Qeyd edək ki, “Twitter”dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var. Maskın şəxsi sərvəti isə 260 milyard dollardan çoxdur.

//Editor.az