İlon Mask: Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən dünya növbəti müharibəyə doğru gedirbackend

İlon Mask: Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən dünya növbəti müharibəyə doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder iş adamı İlon Mask bəyan edib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən üçüncü dünya müharibəsi başlaya bilər.

Editor.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Ukrayna böhranının Yaxın Şərqdəki müharibə ilə birləşdikdə qlobal münaqişəyə səbəb ola biləcəyini qeyd edən Mask, mövcud vəziyyətin Rusiya, İran və Çin arasında daha sıx ittifaq yaratdığı üçün ABŞ-a təhlükə doğurduğunu bildirib. Maskın fikrincə, ABŞ lazımi hərbi və sənaye potensialına malik olmadığı üçün belə ciddi ittifaqla mübarizədə məğlub olacaq.

//Gülnarə Abasova, Editor.az