Venesuela prezidenti Nikolas Maduro amerikalı iş adamı İlon Maskın prezident seçkilərindən sonra ölkədə dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərclədiyini iddia edib.
Venesuela prezidenti deyib ki, “həddindən artıq sağ müxalifət” ölkədə sabitliyi pozmağa çalışır. O əmindir ki, çevriliş cəhdinin arxasında ABŞ və “Şimali Amerika imperiyasının daimi sui-qəsdi” dayanır. İddialara görə, Maskdan alınan maliyyə vəsaiti müxalifət liderlərindən biri olan Mariya Korina Maçado tərəfindən bölüşdürülüb.
“Mask məğlub oldu” deyə cənab Maduro bildirib. O əlavə edib ki, Venesuelada “qanunlar, həqiqət, dövlətçilik, nizam və sülh hökm sürür”.
//Samir Qurbanov, Editor.az

