“Tesla” və “SpaceX” CEO-su İlon Mask “Dogecoin” kriptovalyutasını dəstəkləmək məqsədilə piramida sxemi yaratmaq iddiası ilə məhkəməyə verilib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmədə İlon Maska 258 milyard dollarlıq iddia irəli sürülüb.
Nyu-York məhkəməsinə müraciət edən Keit Conson bildirib ki, İlon Mask “Dogecoin”in qiymətini qaldırmaq üçün qanunsuz şantajdan istifadə edib. İddiaçı ona dəyən ziyan üçün Maskın şirkətindən 86 milyard dollarlıq və 172 milyard dollarlıq təzminat tələb edib.
Consonun əsas istəklərindən biri də Maskın “Dogecoin” kriptovalyutasının tanınmamasıdır.
//Nəzərbəy Hacıağayev, Editor.az

