İlon Maskın övlad acısı: “Oğlum qucağımda öldü”backend

İlon Maskın övlad acısı: “Oğlum qucağımda öldü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask “Tesla” qəzasında ölən sürücünün valideyni ilə email yazışmasının üzə çıxmasından sonra ilk oğlunun ölümü haqqında danışıb.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi 10 may 2018-ci ildə Ceyms Rayliyə yazdığı elektron məktubda “Övladını itirməkdən daha pis bir şey yoxdur”, – deyə bildirib. Dünyanın ən varlı adamı oğlunun qucağında öldüyünü və onun son ürək döyüntülərini hiss etdiyini vurğulayıb.

Maskın on həftəlik oğlu Aleksandr 2002-ci ildə vəfat edib. İş adamı və o vaxtkı həyat yoldaşı Castin Uilson körpəni oyatmağa gedərkən onun nəfəs almadığını görüblər. Üç gün süni nəfəs aparatına qoşulan balacanın həyatda qalmaq üçün mübarizəsi uğursuz olub.

Rayliyə gəlincə, onun 18 yaşlı oğlu Barrett Rayli dostu Edqar Monserrat ilə birgə Floridada saatda təxminən 116 mil sürətlə hərəkət edən “Tesla Model S” avtomobilinin idarəetməni itirərək beton divara çırpılması nəticəsində həlak olublar.

Mənbə: “Haber Global”