İlyas İsmayılov vəfat etdibackend

İlyas İsmayılov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, o, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.

Xəstəxanadan Oxu.Az-a bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.