İmamoğlunun seçki qutusundan Ərdoğan lider çıxdıbackend

İmamoğlunun seçki qutusundan Ərdoğan lider çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu seçki qutusundan Rəcəb Tayyib Ərdoğan lider çıxıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

İmamoğlu Bəylikdüzüdəki Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci dövr millət vəkili ümumi seçkiləri üçün səs verib. Onun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib.

Türkiyə vaxtı ilə saat 17:00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılıb, Xalq İttifaqının namizədi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 163, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 138, Ata ittifaqının namizədi Sinan Oğan 12, Məmləkət partiyasının lideri Məhərrəm İncə 1 səs toplayıb./Sfera.az