İmişlidə baş vermiş dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT: Avtomobili yeniyetmə idarə edirmişbackend

İmişlidə baş vermiş dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT: Avtomobili yeniyetmə idarə edirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub.

Editor.az Lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.

Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.