İmişlidə göldə boğulan şəxsin tanınmış məmurun oğlu olduğu məlum olub.
“Unikal”ın məlumatına görə, göldə boğularaq vəfat edən Elşad Astanov azərbaycanlı iş adamı, “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin keçmiş rəisi, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri olan Şükür Astanovun oğludur.
Qeyd edək ki, biznesmen kimi fəaliyyət göstərən Elşad Astanov “Orion-E” MMC-nin təsisçisi olub.

