Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. Onun anası Vahidə Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış – 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində 3 məktəbli ölüb, YPX avtomobilinin sürücüsü isə xəsarət alıb. /Unikal