“İmkanım varsa, niyə də almayım?”backend

“İmkanım varsa, niyə də almayım?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Alişanın həyat yoldaşı Buse Varola aldığı bahalı ziynət əşyası müzakirələrə səbəb olub.

Editor.az axşam.az-a istinadən bildirir ki, sənətçi ikinci övladları Elizin dünyaya gəlməsi münasibəti ilə Buseyə 80 min dollar (təxminən 136 min manat) dəyərində tək daş üzük alıb. Alişannın arvadına etdiyi bu jest, sosial şəbəkələrdə tənqid edilib.

İfaçı bununla bağlı açıqlama verməyə məcbur olub.

“Belə şeylər haqqında danışmağı sevmirəm. Haqqımda nə deyirlərsə, desinlər. İmkanım varsa, niyə də almayım? Həm mən onu hədiyyə olaraq almadım. Ürəyimdən gəldi, bağışladım” – deyə, Alişan, bildirib.

Xatırladaq ki, sənətçi ilk övladı doğulanda isə Varola avtomobil hədiyyə edib.