İmoməli Rəhmon Putinə: Bizə sovet dövründəki kimi yanaşmayın!backend

İmoməli Rəhmon Putinə: Bizə sovet dövründəki kimi yanaşmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Rusiya-Mərkəzi Asiya sammitində çıxış edən Tacikistan prezidenti İmoməli Rəhmon Rusiya prezidenti Vladimir Putindən keçmiş Sovet İttifaqına qarşı olduğu kimi Mərkəzi Asiya ölkələrinə qarşı siyasət yürütməməyi xahiş edib.

Editor.az bildirir ki, Rəhmonın çıxışının videosunu Qazaxıstanın “İnform Buro” resursu dərc edib. “Niyə, Tacikistanda hansısa uğursuz bir forum keçiririk və yalvarırıq ki, heç olmasa nazirlər səviyyəsində iştirak etsinlər? Deyirlər ki, yox, nazir müavinləri səviyyəsində. Tacikistan buna layiqdir?, Axı o strateji tərəfdaşdır. Biz nəy idoğru etmirik?” – deyə Tacikistan prezidenti olduqca narazılıq edib.

Rəhmon qeyd edib ki, Tacikistan özünün əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına həmişə hörmətlə yanaşır, lakin onun ölkəsində də hörmət görmək istəyirlər. “Biz də istəyirik ki, bizə hörmət etsinlər. Biz nahsısa əcnəbi deyilik ki? Bizə böyük pulla yatırmağa ehtiyac yoxdur. Vladimir Vladimiroviç, mən sizdən xahiş edirəm ki, Mərkəzi Asiya ölkələrinə münasibətdə sovet dövrünün siyasətini aparmayın”, – deyə Rəhmon bildirib.

  //Samir,Editor.az