İmran xan həbs edildi, Pakistan yenidən qarışdıbackend

İmran xan həbs edildi, Pakistan yenidən qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı 8 gün müddətinə həbs edib.

Onun saxlanılması və həbsi fonunda Pakistanda kütləvi etirazlar başlayıb.

Editor.az “Dawn” portalının məlumatına istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyaları nəticəsində 1000-dən çox insan saxlanılıb. Media həmçinin Peşəvərdə 4 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirir. Peşəvərdə etirazçılar Pakistanın dövlət mediasının binalarına, Lahorda isə polis idarəsinə hücum ediblər. Onlar Xanla görüş tələb edirlər.

“Geo”nun Pakistanın Telekommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, ölkə daxilində internet xidmətləri qeyri-müəyyən müddətə dayandırılıb. Qərar Pakistan Daxili İşlər Nazirliyinin əmri ilə qəbul edilib. Ölkədə həmçinin genişzolaqlı mobil rabitə, Twitter, Facebook və Instagram sosial şəbəkələrinə (ekstremiste məxsus olan və Rusiya Federasiyasında qadağan olunmuş Meta), həmçinin YouTube videohostinqinə giriş məhdudlaşdırılıb.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib. Oktyabr ayında Xan seçkilərdən kənarlaşdırılıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib. Mart ayında polis ona və daha 17 nəfərə qarşı terror ittihamı irəli sürüb.

  //Samir Qurbanov,Editor.az