İmran xan Nazirlər Kabinetini qovdubackend

İmran xan Nazirlər Kabinetini qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın baş naziri İmran Xan Nazirlər kabinetini istefaya göndərib.

Bu barədə dövlət informasiya və yayım naziri Fərrux Həbib özünün “Twitter” səhifəsində yazıb.

Editor.az-ın “Arqumentı i faktı” qəzetinə istinadən verdiyi xəbərə görə, baş nazir öz vəzifələrini yerinə yetirməyə davam edəcək və 90 gün ərzində Pakistanda yeni parlament seçkiləri keçirilə bilər. Bundan əlavə, İmran Xanın təklifi ilə Pakistan lideri Arif Alvi bazar günü Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıb. Mövcud məlumata görə, prezident bu qərarı müxalifətin parlamentdə Xana qarşı etimadsızlıq səsverməsi keçirməyə cəhd etməsindən və dövlət başçısını ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməkdə və korrupsiyada ittiham etməsindən sonra qəbul edib. Palatanın buraxılması ilə bağlı məlumatı baş nazirin xüsusi köməkçisi Şahbaz Gill də təsdiqləyib.

Editor.az