İmran Xanın tərəfdarları küçələrə axışdıbackend

İmran Xanın tərəfdarları küçələrə axışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Pakistanda Milli Assambleyada baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib.

Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, İmran xanın hökuməti etimad səsi ala bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib.

Xanın vəzifədən uzaqlaşdırılmasından sonra Pakistan Təhrik-e-İnsaf (PTI) Partiyasının tərəfdarları Kəraçi və Lahor şəhərlərində qərara etiraz ediblər. Minlərlə insanın qatıldığı etiraz aksiyalarında fəallar müxalifət liderlərinin əleyhinə şüarlar səsləndirərək ABŞ-ın müttəfiqlərinin satqın olduğunu bildiriblər.

Keçmiş baş nazir isə xalqa müraciət edərək vəzifədən getməsini Pakistanın azadlığına qarşı təhdid kimi qiymətləndirib.

“Xarici qüvvələrin əli ilə Pakistanda dövlət çevrilişi baş verdi. Bu, ölkənin suverenliyini təhdid edir. Pakistan 1947-ci ildə müstəqillik qazanıb. Ancaq azadlıq mübarizəsi bu gün yenidən başlayır”,- deyə İmran Xan bildirib.

//Editor.az