İnam Kərimov Eldar Mahmudovun adamını işdən çıxardı – ‘MARRİOTT”DAKI GİZLİ GÖRÜŞÜN QƏHRƏMANIbackend

İnam Kərimov Eldar Mahmudovun adamını işdən çıxardı – ‘MARRİOTT”DAKI GİZLİ GÖRÜŞÜN QƏHRƏMANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyində yeni dəyişikliklər olub.

İnam Kərimovun əmri ilə 8 ay əvvəl (30 iyun 2018-ci ildə) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru təyin olunan Vüqar Babayev vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elçin Zeynalov gətirlib.

Xatırladaq ki, V.Babayev bu vəzifəyə qədər Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib. İnam Kərimov Vüqar Babayevlə yanaşı, 13.06.2018-ci ildə təyin etdiyi müşaviri Şəbnəm Məmmədovanı da vəzifəsindən çıxarıb. Qeyd edək ki, nazir İnam Kərimovun 8 ay əvvəl özünə innovasiya üzrə müşavir təyin etdiyi Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib. O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-də daha bir dəyişikik isə adı MTN qruplaşması ilə birlikdə hallanan iş adamı Aydəm Ismayılovla bağlı olub. İnam Kərimov nazir təyin olunduqdan sonra onun inamını qazanan Aydəm İsmayılov gözlənilməz təqdimatla nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunmuşdu. Lakin bir neçə gün əvvəl nazir onun rəhbərlik etdiyi şöbəni ləğv edib, özünə isə yeni vəzifə verməyib.
Məlumata görə, nazirin kadr və struktur islahatları bununla da bitməyib.
O, daha bir neçə şöbə müdirini, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadəni də işdən azad edib. Diqqətçəkən məqam budur ki, işdən çıxarılanların hamısı məhz nazir İnam Kərimov tərəfindən müxtəlif zamanlarda vəzifələrə gətirilmişdilər.

//Mia.az