İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə başlayıbbackend

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü olub.

Editor.az xəbər verir ki, o, Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə başlayıb.

Belə ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Onun tərkibi, əsasən, hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib. /Report