“Azərbaycanlılar Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəlilədikdən sonra bir neçə kilometrlik cəbhə boyu genişləndirmə, yerləşdirmə və möhkəmləndirmə işləri aparırlar”.
Bu barədə Ermənistan Milli Məclisinin “Patev unem” fraksiyasının katibi Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib: “Elə istiqamətlər var idi ki, orada irəliləmək mümkün deyildi, lakin Azərbaycan 5-6 sektorda daha əlverişli mövqe tutmaq imkanı əldə etdi”.
T. Abramyanın sözlərinə görə, Azərbaycan Qarabağ gedən rabitə kanallarına nəzarəti gücləndirməkdə davam edir.
Yenisabah.az

