“İndi Nikol Paşinyanın bu tələbi geri çəkməsi ən doğru addım olub”- Millət vəkilibackend

“İndi Nikol Paşinyanın bu tələbi geri çəkməsi ən doğru addım olub”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyətinin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqini ya tam anlamayıb, ya da bilərəkdən anlamaq istəmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir:

” Sənədin 8-ci maddəsində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Dövlətimizin bu məsələyə necə məsuliyyətli olduğu sübut edilib. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib. Bildiyimiz kimi hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlar əsir deyil, terrorçudurlar və onlar 10 noyabr bəyanatından sonra təslim ediliblər.

Həmin bəyanatın 7-ci maddəsində qeyd edilib ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtdir. 30 il ərzində Ermənistan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina basdırıblar. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun havadarlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq qarşı tərəf bunu görməzliyə vurur.
Azərbaycan torpaqlarında qondarma dövlət quran və terrorla məşğul olan şəxslər dövlətimiz tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaq. Əgər Ermənistan dövləti həmin şəxslərin geri qaytarılmasını, sülh müqaviləsinə aid edilməsini istəyirsə, demək ki, 30 il müddətində Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə açıq-aşkar yalan söyləyib. Çünki Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ərazisindəki qondarma dövlətlə heç bir əlaqəsinin olmadığını bəyan edirdi. Əgər həqiqətən bu terrorçular Ermənistan hakimiyyəti tərəfindən maliyyələşdirilib, təşviq edilməyibsə, niyə bu qədər terrorçularla bağlı narahatlıq keçirdir? İndi Ermənistan baş naziri Nikol Paşinyanın bu tələbi geri çəkməsi ən doğru addım olub”.

//Gülnarə Abasova, Editor.az