İndi ukraynalılara “ağ bayraq” deyil, silah lazımdır – NATO-nun baş katibibackend

İndi ukraynalılara “ağ bayraq” deyil, silah lazımdır – NATO-nun baş katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Papa Fransiskin Ukraynanın “ağ bayraq cəsarətinə” malik olması və danışıqlara hazır olması ilə bağlı şərhinə narazılıqla reaksiya verib.

Editor.az xəbər verir ki, bu barədə o, “Reuters”ə müsahibəsində deyib. Stoltenberqin fikrincə, “əgər biz müharibəini danışıqlar yolu ilə yolu ilə uzunmüddətli həllinə nail olmaq istəyiriksə, ona gedən yol Ukraynaya hərbi dəstək verməkdən keçir”.

O əlavə edib ki, “danışıqlar masası arxasında baş verənlər döyüş meydanındakı güclə qırılmaz şəkildə bağlıdır”. Alyansın baş katibi Ukrayna üçün “ağ bayraqlar” haqqında danışmağın vaxtıdırmı?” sualına belə cavab verib: “İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil. Bu, bizim hamımız üçün də təhlükəli olacaq”.

Xatırladaq ki, Roma Papası Fransisk müharibədən danışarkən demişdi ki, Ukrayna “ağ bayraq cəsarətinə” malik olmalı və danışıqlara hazır olmalıdır.

//Samir Qurbanov, Editor.az