Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən bəri “Ukraynasız Ukrayna haqqında heç nə” ABŞ-ın bir növ mantrası olub.
Amma indi bu dəyişib, indi Donald Tramp və Vladimir Putin dünyasıdır və ABŞ Ukrayna və Avropanın təhlükəsizliyini təmin etməkdə maraqlı deyil.
Editor.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır. Rusiya lideri ilə söhbətindən sonra Tramp “komandalarımızın dərhal danışıqlara başlaması üçün razılaşdıqlarını” deyib. Əgər belə olubsa, bu, Putinin böyük qələbədir. “Rusiya prezidenti həmişə inanırdı ki, yalnız başqalarının taleyini həll edən ölkələr həqiqətən suveren ola bilər. O, həmişə qətiyyətlə qərar verib ki, Rusiya ABŞ və Çinlə birlikdə dünyanın qalan hissəsini parçalaya biləcək böyük dövlətlərdən biri olacaq. Ona görə də o, Ukraynanın taleyi haqqında həmişə Kiyevlə deyil, Vaşinqtonla danışmaq istəyib. Digərləri ilə danışmağı aşağılanmaq hesab edib. Lakin istənilən halda bu, belə olmamalıdır”, – nəşr vurğulayır.
//Samir Qurbanov, Editor.az