İndiki məqamdakı mitinqlər milli maraqlara UYĞUN GƏLMİR! – Müxalifət liderindən ÇAĞIRIŞVİDEObackend

İndiki məqamdakı mitinqlər milli maraqlara UYĞUN GƏLMİR! – Müxalifət liderindən ÇAĞIRIŞVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Milli Şura 21 aprelə mitinq təyin edib. Əsasən Azərbaycan Xalq Cəbhəsindən ibarət olan qurumun verdiyi qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. AXCP sədri Əli Kərimlinin internet platformalarında çıxdığı canlı yayımlara yazılan rəylər daha çox etiraz notlarına söykənib.

Mitinq qərarının doğurduğu etirazı bir fakt tamamilə göstərir. Aksiyaya çağırışla bağlı TikTok sosial şəbəkəsində Əli Kərimlinin, eləcə də AXCP və cəbhəçi funksionerlərin adlarına olan hesablardan paylaşılan videoların tam əksəriyyətinin rəy bölmələri bağlanıb. Bu da daha çox yazılan rəylərdə 21 aprel mitinqinə olan etiraza görədir.

Azərbaycanın təcavüzkar Ermənistanı tamamilə küncə sıxışdırdığı, tarixi sülh müqaviləsini bağlamağa yaxın olduğu, xüsusilə Qazaxın kəndlərinin geri qaytarılmasının an məsələsinə çevrildiyi bir vaxtda Milli Şuranın fəallaşması təsadüfi hesab olunmur.

AĞ Partiya başqanı Tural Abbaslı TV Musavatın efirində buna sərt etiraz edib:

“Azərbaycanda indiki məqamda qətiyyən kiminsə mitinq elan etməsini təsadüfi hesab etmirəm. Ölkəmizdə sonuncu mitinq nə zaman olub? Niyə nisbi sabitlik dönəmində mitinqlər olmadı, indi parlament seçkiləri öncəsi, İran-İsrail gərginliyinin yaşandığı dönəmdə, bir sözlə, aləmin bir-birinə dəydiyi vaxtda biz mitinq elan edirik? Taksiçiləri aksiyaya qoşulmağa çağırırıq. İndiki vaxtda mitinq elan olunmasını milli maraqlara uyğun hesab etmirəm. Kimsə bu sözlərimə müxtəlif don geyindirə bilər. Bir məsələni deyim. Azərbaycanda izdihamlı, böyük mitinqlərin əksəriyyətinin təşkilatçısı və iştirakçısı mən olmuşam. Gedin arxiv sənədlərini qaldırın, görəcəksiniz. İndi çox həssas dönəmdən keçirik. Belə dönəmdə müdaxilələr bu cür formada olur. Sən yatmısan, yatmısan. Seçki, Qarabağ, 4 kənd, İran-İsrail, Türkiyə məsələsi olduğu vaxtda ortaya çıxırsan.

Türkiyədə AK Partinin büdrəməsi Azərbaycanın dünyada büdrəməsi deməkdir. Bunu açıq kontekstlə deyirəm. Belə bir məqamda “vay yadımızdan çıxıb” mitinq edək… Niyə, qardaş? Bu, yüz faiz təsadüf deyil. Azərbaycanda vəziyyətin gərginləşməsində, Azərbaycanın hücum diplomatiyasından geri addım atmasında maraqlı olan dairələr var. Bu, birmənalı şəkildə belədir. Ona görə də tez bir zamanda seçki keçirib, bütöv bir halda bu situasiyada mövqeyimizi tutmalıyıq”.

Ətraflı videoda:

Musavat.com