“İndiki situasiyada Xankəndidəki separatçıların həbsi mümkün deyil” – Rusiya çalışacaq ki…backend

“İndiki situasiyada Xankəndidəki separatçıların həbsi mümkün deyil” – Rusiya çalışacaq ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan rəsmilərinin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin rəhbərli Rüstəm Muradovun iştirakı ilə separatçı rejimin rəhbəri Arayik Arutyunyanla əsir və itginlərlə bağlı görüşməsi qeyd edilir. Ermənistanın iştirakı olmadan belə bir görüşün keçirilməsi ilə Azərbaycanın birbaşa Xankəndində ermənilərlərlə təması mümkündür. Müharibədən sonra Ermənistan məğlub olub və tərəf deyil. Və buradakı ermənilər Azərbayacan ərazisində yaşayırlar”.

Editor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Azərbaycan rəsmilərinin xunta başçısı ilə görüşü ilə bağlı yayılan iddiaları şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan heç vaxt separatçıları tərəf kimi qəbul etməyib:

“Ermənistan mətbuatı bunu Azərbaycanın “DQR prezidenti” ilə görüşür ki, kimi qeyd etməsi sadəcə absurddur. Azərbaycan heç bir vaxt oradakı separatçıları tərəf kimi qəbul etməyib və ermənilərə də müstəqillik verməyəcək.

Ermənistan tərəfi “status” deyəndə əsasən müstəqlliyi nəzərdə tutur. Əgər, belə bir görüş keçirilibsə, oradakı ermənilərin Azərbaycanın tərkibinə reinteqrasiyasına əsaslanmalıdır. Və Azərbaycanın bundan sonra, birbaşa erməni icması ilə əlaqələr qurmasında problem olmamalıdır”.

M.Əsədullazadə qeyd edib ki, separatçı rejim cinayətkardır və onlarının həbsi mütləqdir:

“Arayik Arutyunyan, Vitalı Balasanyan cinayətkardı və onların həbsi mütləqdir. Azərbaycan tərəfi belə bir görüş keçiribsə, əsasən bir neçə amilə əsaslanır. Birinci, Azərbaycan göstərmək istəyir ki, buradakı ermənilərlə problemi yoxdur və onları öz vətəndaşları kimi qəbul edir. İkinci, Azərbaycan bunu artıq daxili problemi kimi göstərir və Xankəndiyə gedə bilərəm mesajını verir. Üçüncü, Azərbaycan göstərmək istəyir ki, heç vaxt buradakı ermənilərə “müstəqillik” verməyəcək.

Bu görüşdə yerli silahlı erməni birləşmələrinin ləğvinin də danışıqlar predmeti olmasını istisna etmirəm. Azərbaycanın ordakı separatçıları həbs etməsinə gəldikdə isə, indiki situasiyada bu mümkün deyil”.

“Belə bir görüş barədə ictimaiyyətə məlumat verilməlidir. Danışıqların gedişatına gəldikdə isə, uğursuz olması mümkündür. Buna baxmayaraq Azərbaycan öz psixoloji üstünlüyünü ələ alıb və ermənilər burada özlərini əvvəlki tək rahat hiss etməyəcəklər.

Rusiya çalışacaq ki, ermənilərin Azərbaycan arasında mümkün barışa imkan verməsin. Bu, Rusiyanın geosiyasi maraqlarından irəli gəlir”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.