İndoneziya əsgər olmaq istəyən qadınlar üçün tələb olunan “bakirəlik testini” ləğv edəcəyini açıqladı. İnsan haqları təşkilatları təcavüz, sui -istifadə və ayrı-seçkiliyi özündə birləşdirən qanunun aradan qaldırılmasından məmnun olduqlarını ifadə etdilər.
Editor.az xəbər verir ki, İndoneziya Baş Qərargah rəisi general Andika Perkasa ölkə daxilindəki ordu komandirləri ilə bir telekonfransda, 1900 -cü illərdə tətbiq edilən “bakirəlik test” tətbiqinin sona çatdığını bildirib və qadınların kişilərlə eyni şəkildə işə götürüləcəyini söyləyib:
“Artıq tibbi müayinə olmayacaq. Qadın əsgərlərə də kişi əsgərlərə tətbiq edilən kriteriyanı tətbiq etməliyik”.
//Gülnarə Abasova, Editor.az

