İndoneziya meymunçiçəyi səbəbiylə ölkəyə giriş qaydalarını sərtləşdirirbackend

İndoneziya meymunçiçəyi səbəbiylə ölkəyə giriş qaydalarını sərtləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya meymuna yoluxma hallarının artması səbəbindən ölkəyə daxil olan əcnəbilərə nəzarəti gücləndirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Açıqlamadan görünür ki, məhdudiyyətlər avqustun 28-dən tətbiq olunmağa başlayıb. “İndoneziyaya gələn bütün əcnəbilər QR kodu şəklində müvafiq tibbi bilet almaq üçün xüsusi internet saytında elektron formanı doldurmalıdırlar”, – Diplomatik bildirib. Bildirilir ki, bu QR kodu sərhəd nəzarətindən keçmək üçün tələb olunur. Eyni zamanda, turistlər nəinki şəxsi məlumatlarını elektron formada təqdim etməli, həm də xəstəliyin hər hansı əlamətlərinin mövcudluğunu göstərməlidirlər. Hazırda İndoneziyaya gələn əcnəbilərdən meymunçiçəyi simptomları olan insanlarla təmasda olduqda, səlahiyyətlilərə məlumat vermələri tələb olunur.

Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir çox ölkəsində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Bu yoluxucu xəstəliyin əsas əlamətləri ürəkbulanma, qızdırma, səpki və qaşınmadır.

//Gülnarə Abasova, Editor.az