İndoneziyada 5,8 bal gücündə zəlzələ olubbackend

İndoneziyada 5,8 bal gücündə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın mərkəzi bölgəsində yerləşən Sulavesi əyalətində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Meteorologiya və geofizika agentliyi məlumat yayıb.

Hadisə Cakarta vaxtı ilə saat 02:22-də (23:22 GMT+4 Bazar ertəsi) episentri Buol rayonunun 90 km şimal-şərqində, ocağı isə 10 kilometr dərinlikdə olmaqla qeydə alınıb.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barəd barədə məlumat verilməyib.