İndoneziyada baş verən zəlzələdən 2 gün sonra uşaq dağıntılar altından çıxarılıbbackend

İndoneziyada baş verən zəlzələdən 2 gün sonra uşaq dağıntılar altından çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada 5,6 bal gücündə zəlzələdən iki gün sonra dağıntılar altından bir uşaq xilas edilib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəhbəri Suharyanto 21 noyabrda ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb. İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto, 2 min 43 nəfərin yaralandığını bildirib.

Suharyanto bildirib ki, ölənlərdən 100-nün uşaq olduğu təsdiqlənib.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!