İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 630-u ötübbackend

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 630-u ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada baş verən güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 631 nəfərə çatıb, 472 nəfərin axtarışları isə davam edir.

Editor.az xəbər verir ki, İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi (BNPB) bildirir ki, ümumilikdə bir milyon insan fəlakət bölgələrini tərk etməyə məcbur olub.

Rəsmilərin məlumatına görə, daha 2 600 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 3 500-dən çox bina isə daşqınlar səbəbindən ciddi ziyan görüb.

Qeyd edək ki, ötən həftə Cənub-Şərqi Asiyanı vurmuş güclü küləklə müşayiət olunan leysan yağışları İndoneziyanın Şimali Sumatra, Açe və Qərbi Sumatra əyalətlərində genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə səbəb olub.

//Gülnarə Abasova, Editor.az