İndoneziyada həyəcan: ölkə İbu vulkanının püskürməsinə hazırlaşırbackend

İndoneziyada həyəcan: ölkə İbu vulkanının püskürməsinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya İbu dağının püskürməsinə hazırlaşır. Vulkanın təhlükə səviyyəsi ən yüksək dərəcəyə qaldırılıb və təxliyyə mərkəzləri hazırlanıb.

Editor.az bildirir ki, bu barədə “The Watchers” xəbər verir. Vulkan aktivliyinin ilk əlamətlərinin mayın 8-də göründüyü bildirilir. Sonra onların gücü artıb və mütəxəssislər həyəcan səviyyəsini ən yüksək səviyyəyə – 4-ə qaldırılb.

Vizual və instrumental monitorinq nəticələri 2024-cü ilin aprel ayının ortalarından etibarən aktivliyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Vulkanın ərazisində dərin və güclü dayaz zəlzələlər baş verir ki, bu da maqmanın daha dayaz dərinliklərə miqrasiyasını göstərir. Bildirilir ki, kül və tüstü qatı zirvə kraterindən təxminən 5000 metr hündürlüyə çatıb və isti lava emissiyaları 1,5 km radiusa yayılıb. İnsanlardan vulkanın 7 kilometrliyində ayıq-sayıq qalmaları və yerli hakimiyyətin göstərişlərinə əməl etmələri xahiş olunur.

Kül yağacağı halda sakinlərə qorunmaq üçün maska və eynəkdən istifadə etmələri tövsiyə olunub. Hələlik evakuasiya əmri verilməsə də, yerli hakimiyyət orqanları artıq təxliyə çadırlarını hazırlayıb.

//Samir Qurbanov, Editor.az