İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ən az 21 nəfər həyatını itirib və 6 nəfər itkin düşüb. İtkinlər ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
Editor.az xəbər verir ki, ölkənin Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, Sumatra adasındakı fəlakətlərin nəticələri aydınlaşmağa başlayıb. Qərbi Sumatra əyalətinin 9 rayon və şəhərində 80 mindən çox insanın müvəqqəti sığınacaqlara təxliyə edildiyi, 20 minə yaxın evin su altında qaldığı da bildirilib. Bölgədə elektrik enerjisinin kəsilməsi və yolların palçıq olması səbəbindən axtarış-xilasetmə işlərinin çətinləşdiyi vurğulanıb.
Əvvəlki aylarda da oxşar yağışlar Şimali Sumatra bölgəsində baş vermiş, daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı bir nəfər həlak olmuş, 11 nəfər itkin düşmüşdür.
//Gülnarə Abasova, Editor.az

