İndoneziyanın Sumatra adasının qərbində yerləşən və dekabrın 3-də püskürən Merapi vulkanında 22 alpinist həyatını itirib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra itən alpinistlərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanının püskürməsi nəticəsində 22 alpinistin öldüyü, itkin düşən alpinistlərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.
İlk gün Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəisi Əbdül Malik açıqlamasında bildirib ki, ştatın Aqam bölgəsindəki Merapi vulkanında baş verən partlayışlardan sonra axtarış-xilasetmə qrupları 11 alpinistin cəsədlərinə çatıb.
Malik onu da əlavə edib ki, qruplar itkin düşdüyü bildirilən 13 alpinistin axtarışlarını davam etdirir.
Ştatın paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.
//Səbinə Hüseynli, Editor.az