İndoneziyanın Sumatra adasında vulkan püskürüb, tələfat varbackend

İndoneziyanın Sumatra adasında vulkan püskürüb, tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Editor.az AFP-ə istinadən xəbər verir ki, daha 3 nəfər sağ tapılıb. Marapi vulkanı dünən, dekabrın 3-də püskürüb.

Vulkan 3 min metrdən çox hündürlüyə kül atıb. Agentliyin məlumatına görə, vulkan tullantıları yaxınlıqdakı kəndlərə axıb. Ölənlər vulkanın kraterinin yaxınlığında tapılıb. Ümumilikdə, püskürmə başlayanda vulkanın yaxınlığında 26 nəfər adam olub.

Daha 49 nəfər vulkandan özbaşına xilas ola bilib, onlardan bəziləri xəstəxanaya aparılıb. Onlardan ən azı səkkizi yanıq xəsarəti, bir nəfər sınıq, digəri isə kəllə-beyin travması alıb. Yerli fövqəladə hallar agentliyinin sözçüsü Ade Setiavan, yerli kəndlərin sakinlərinə “maskalar verildiyini və evlərində qalmağa təşviq edildiyini” söyləyib. Səlahiyyətlilər kraterin ətrafında üç kilometrlik qadağa zonası yaradıblar. Qeyd edək ki, İndoneziyada ümumilikdə 130-a yaxın aktiv vulkan var.

//Samir Qurbanov, Editor.az