“İnfeksion xəstəliklərin yayıldığı belə bir dövrdə məktəb distant təhsilə keçməlidir”-ŞƏRHbackend

“İnfeksion xəstəliklərin yayıldığı belə bir dövrdə məktəb distant təhsilə keçməlidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox infeksion xəstəliklərin yayıldığı belə bir dövrdə məktəb distant təhsilə keçməlidir”.

Bu sözləri Editor.az-a infeksion xəstəliklərdən qorunmaq üçün qidanın önəmi barədə danışarkən sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, məktəb bufetlərində uşaqlara təqdim olunan qida məhsulları yerli və mövsümi meyvə-tərəvəzlərdən hazırlanan qarnir və kompotlar olmalıdır:

“Rəngli, qazlı içkilər, sənaye üsulu hazırlanmış meyvə şirələrinin verilməsi qəti şəkildə düzgün deyil. Unutmamalıyıq ki, təbii, mövsümi qidalar uşaqların immun sistemini gücləndirir. Təbii ki, uşaqlar qidalanmasında zülal olaraq ət, balıq, toyuqdan da istifadə olunmalıdır. Lakin onların daşınması, bişirilməsində mütləq şəkildə standartlara əməl etmək lazımdır. Belə ki, mütəmadi olaraq immun sistemini gücləndirən qidalara üstünlük vermək lazımdır”.

//Səbinə Hüseynli, Editor.az