İnformasiya müharibəsində çatışmazlıqlar nədən ibarətdir?-ŞƏRHbackend

İnformasiya müharibəsində çatışmazlıqlar nədən ibarətdir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni mediasının bu gün dünyaya servis etdiyi, erməni lobbisinin dəstək verdiyi beynəlxalq medianın Azərbaycana qarşı haqsız mövqedə dayanması bizim də üzərimizə böyük məsuliyyətin düşdüyünü göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.


Onun sözlərinə görə, dost, müttəfiq dövlətlərlə bu işi kifayət qədər apara bilməmişik:

“Həmin istiqamətdə səylərimizi artırmalıyıq. Dünya dövlətlərindən ölkəmizə qarşı tutulan bu mövqe ondan xəbər verir ki, həm dini təəssübkeşlik, həm də erməni lobbisinin təsiri burada güclü rol oynayır. Qarabağda yaşayan ermənilər üzərindən Azərbaycana təzyiq etməklə hədəflərinə nail olmağa çalışırlar, amma, nəzərə almalıyıq ki, həmin ərazilərdə 120 min erməni yaşamır. Təqribən 20-25 min əhali var. Bu “120 min” məsələsi absurddur. Bunu hər kəs yaxşı bilir”.

S.Hümbətovun fikrincə, 36 gün ərzində hər gün istər rus hərbiçilərinin, istərsə də Qırmızı Xaç Komitəsinin humanitar məqsədli maşınları əraziyə daxil olub:

“Hətta videokadrlarda erməni maşınlarının da gediş-gəlişi aydın görünür. Əgər Azərbaycan orada “humanitar fəlakət” törətmək istəsəydi, bunu başqa formalarda edə bilərdi. Bu vəziyyətdə erməni lobbisinin əsarətində olan Qərb mediasının Azərbaycana qarşı haqsız mövqe tutması ondan xəbər verir ki, ölkəmiz dost, müttəfiq ölkələrin, lobbilərin köməyindən istifadə etməlidir. Məsələn yəhudi lobbisindən yararlana bilərik, bunun üçün kifayət qədər imkanlarımız var. Digər tərəfdən Avropada İtalya, İngiltərə, Almaniya, Macarıstan kimi müttəfiqlərimiz çoxdur. Bu gün Fransada, ABŞ-ın özündə də erməni lobbisinin güclü olması maraqlarımıza kölgə salan amillərdir. Biz özümüz bu istiqamətdə çalışmalı, qardaş Türkiyənin lobbisindən, dəstəyindən istifadə etməliyik. Onların təbliğatına qarşı əks-təbliğat qurmalıyıq. Azərbaycan həmin media nümayəndələrini ərazilərimizə dəvət etməli və məsələnin əsl üzünü göstərməyə çalışmalıdır”.
 
//Safura Bənnayeva, Editor.az